
“İngiltərə millisi nə qədər yaxşı oynasa da, əsas iddiaçı sayılmayacaq”
“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karraqer İngiltərə millisinin 2026-cı il dünya çempionatında şanslarını dəyərləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə yığmasının sabiq üzvü bunu deyib:
“İngiltərə millisi nə qədər yaxşı oynasa da, əsas iddiaçı sayılmayacaq. Bu komanda Fransa, Argentina və İspaniyaya məğlub ola bilər. Onların matç üçün hansı strategiyanı seçməsinin əhəmiyyəti yoxdur”.
İngiltərə millisi ilk turun Xorvatiya yığması ilə oyununda 4:2 hesabı ilə qələbə qazanıb. Komanda növbəti turda, iyunun 23-də Qana millisi ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



