Tahir Abdullayev Bakıda keçiriləcək UFC turnirində iştirak edəcək

Azərbaycan idmançısı Tahir Abdullayev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində iştirak edəcək.

Bu barədə Komanda.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

O, UFC ilə müqavilə imzalayıb. Yarımorta çəki dərəcəsində döyüşçünün rəqibi braziliyalı Ceferson Nasimento olacaq.

Xatırladaq ki, bu il “UFC Fight Night” iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button