
Kapello Messini “Yuventus”a gətirmək istəyirmiş
“Yuventus”un sabiq baş məşqçisi Fabio Kapello, Lionel Messini vaxtilə Turin klubuna gətirə bilməməsinin səbəbini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, argentinalı futbolçunu hələ 16 yaşında olarkən bəyəndiyini və onun icarəyə götürülməsi üçün cəhd göstərdiyini söyləyib:
“Messi 16 yaşında idi və Qamper Kubokunda oynayırdı. Messi böyük fədakarlıq göstərdi. Sonra mən Frank Raykardla (“Barselona”nın sabiq vaş məşqçisi) əlaqə saxlayıb onu icarəyə verməsini istədim. Amma o, imtina etdi”.
Messi sonradan “Barselona”nın əsas oyunçularından birinə çevrilib və futbol tarixinin ən uğurlu futbolçularından biri kimi tanınıb. O, hazırda “İnter Mayami”də forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



