DÇ-2026: Ançelotti Haiti ilə oyun üçün dəyişikliklər edəcək

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Haiti yığmasına qarşı keçiriləcək oyundan əvvəl heyətdə dəyişikliklər edəcəyini açıqlayıb.

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis jurnalistlərə açıqlamasında bəzi futbolçuların “ilk 11-lik”də yerini dəyişəcəyini bildirib:

“Dəyişikliklər olacaq. Futbolçular bunu bilirlər, amma sizə deməyəcəm”.

Braziliya millisi mundialdakı ilk oyununda Mərakeş yığması ilə 1:1 hesablı heç-heçə edib. Komandanın yeganə qolunu Vinisius Junior vurub.

Haiti yığması isə ilk turda Şotlandiya millisinə 0:1 hesabı ilə məğlub olub.

Braziliya – Haiti matçı iyunun 20-də, saat 04:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button