Mahir Emreli “Napoli”yə də qol vurdu

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin komandası “Legiya” da bu turnirdə növbəti matçına çıxıb.

Polşa təmsilçisi doğma meydanda İtaliyanın “Napoli” komandası ilə qarşılaşıb. Ötən tur bu rəqibinə səfərdə 0:3 hesabıyla uduzan Varşava klubu, doğma meydanda da 1:4 hesablı məğlubiyyətə üzülüb.

Mahir də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da məhz azərbaycanlı hücumçu vurub. Mahir 10-cu dəqiqədə Filip Mladenoviçin ötürməsini dəqiq zərbəylə tamamlayıb. “Legiya” ilk yarını 1:0 öndə bitirsə də, fasilədən sonra “Napoli”nin təzyiqlərinə tab gətirə bilməyib.

“Legiya” 4 turdan sonra yer aldığı C qrupunda 6 xalla ikincidir. “Napoli” isə 7 xalla ilk pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button