“Nələr çəkdiyimi heç kim bilmir” – Koutinyo
İspaniyanın “Barselona” klubunun futbolçusu Filippe Koutinyo açıqlama verib.
Komanda.az xəbər verir ki, yerli mətbuata danışan braziliyalı yarımmüdafiəçi, keçmiş formasını bərpa edəcəyini deyib:
“Nələr çəkdiyimi heç kim bilmir. Bu qədər vaxtdan sonra qol vurmaq vacib idi. “Valensiya” üzərində qələbə komanda üçün də vacib oldu. Çünki işlər yolunda getmirdi və qələbə lazım idi.
“Barselona” daha yaxşı olacaq. Gücümüzün yarısını istifadə etdiyimiz oyunlar olub. İşlər hələ də tam qaydasında deyil. Məşqlərdə həvəsliyik. Daha da yaxşı olacağıq”.
Koutinyo “Barselona”nın “Valensiya”nı 3:1 hesabıyla məğlub etdiyi oyunda sonuncu qolu vurub. Braziliyalı futbolçu sonuncu dəfə 2020-ci ilin noyabrında qol vurmağı bacarmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin