Pedridən sonra Fatinin də müqaviləsi yenilənir – 1 milyardlıq maddə
İspaniyanın “Barselona” klubu yaxın zamanda futbolçusu Ansu Fatinin müqaviləsini yeniləyəcək.
Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi 18 yaşlı hücumçuyla müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalayacaq. Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb. Tərəflər arasında razılıq əldə olunduğu bildirilib.
Fatinin müqaviləsindəki sərbəstqalma məbləği 1 milyard avro olacaq.
“Barselona” bundan əvvəl Pedriylə müqaviləni yeniləmiş və onun da sərbəstqalma məbləğini 1 milyard avro müəyyən etmişdi.
Fatinin “Barselona”yla müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin