Millimizin hücumçusu üçün 76 dəqiqə və 3 xal

Futbol üzrə Portuqaliya çempionatında 8-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Belenenseş”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Renat da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib.

“Tondela” 8 turdan sonra 9 xalla 18 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button