Ağasəlim Mircavadov: “Mən Milan adında ancaq klub tanıyıram”

Mız

– Salam, Ağasəlim müəllim.
– Salam.

– Sizinlə Milan Obradoviç haqda danışmaq istəyirdik.
– Milan kimoviç?

– Milan Obradoviç!
– O kimdir?

– Tanımırsız?
– Yox, qədeş, mən elə birini tanımıram. Müğənnidir?

– Yox!
– Yazıçıdır?

– Yox e, Ağasəlim müəllim, nə yazıçı?
– Bəs kimdir?

– Milan Obradoviç də, tanımırsız?
– Yox, a kişi, mən Milan adında ancaq klub tanıyıram.

– Ağasəlim müəllim, Milan Obradoviç Azərbaycanın U-21 millisinə baş məşqçi təyin olunub. Özü də AFFA-nın yaydığı məlumata görə, sizin üzvü olduğunuz Məşqçilər Komitəsinin tövsiyəsinə əsasən.
– Həəə…

– Bəli!
– Belə denən də, rəhmətliyin nəvəsi. Familyası necə idi onun?

– Obradoviç.
– Hə, yadıma düşdü. Buyur, sualını ver, qədeş.

Mızbaz

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button