Terim: “Dayanmadan yunan, erməni bayrağı açdılar, səs bombaları atdılar”
Türkiyənin “Qalatasaray” komandasının baş məşqçisi Fatih Terim Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Marsel”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Terim, 0:0 hesabıyla bitən oyunla bağlı danışarkən fransalı azarkeşlərin tribunada erməni, yunan bayraqları açmasına münasibət bildirib:
“Qarşı tərəfdə daim Ermənistan bayrağı açırsızsa, tribunalarımızı təhrik edirsiz. Amma rəqib fanatlar dayanmadan yunan, erməni bayrağı açdılar, səs bombaları atdılar”.
Terim, “Qalatasaray”lı azarkeşlərin onları tək buraxmadığını bildirib:
“Azarkeşlərimiz böyük kütlənin içərisində ürəkləri ilə bizi yalqız qoymadılar. Qarşı tərəf səs bombaları atırdı. Onlar atdıqları üçün hər halda bizimkilər dayanmayacaqdı. Mən azarkeşlərimizdən sakit olmalarını istədim. Sağ olsunlar, xahişimə əməl etdilər”.
Bizi Facebook-da izləyin