Mahir Emreli: “Anam istəyir ki, topu əldə edəndə mümkün qədər tez zərbə endirim”
Polşanın “Legiya” klubunun futbolçusu Mahir Emreli “Lester”ə 1:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin 2-ci turunun oyunundan sonra UEFA-nın rəsmi saytına açıqlama verib.
Komanda.az xəbər verir ki, Mahir açıqlamasında bunları deyib:
“Adətən anam istəyir ki, topu əldə edəndə mümkün qədər tez zərbə endirim. Məncə, o, oyunumdan tam məmnun olmayacaq. Çünki topu bir müddət özümdə saxladım”.
Oyunda yeganə qolu vuran 24 yaşlı hücumçu, istəklərinə nail olduqlarını bildirib:
“Artıq iki oyundan 6 xalımız var. Bu, xəyal yox, gerçəkdir! Oyundan əvvəl demişdim ki, biz bu imkandan ekzotik bayram kimi yararlanmalıyıq. Çünki belə ab-havada yaxşı komandaya qarşı çıxış edirdik və istəyimizə nail olduq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin