Rüstəm Orucov bu dəfə 2-ci oldu
Antalyada keçirilən qran pri yarışının ikinci günündə Azərbaycan cüdoçusu Rüstəm Orucov gümüş medal qazanıb.
Komanda.az xəbər verir ki, finala qədər Koreya, Qambiya, Ukrayna və Rusiyadan olan rəqiblərinə qalib gələrək uğurla irəliləyən R.Orucov (73 kq) həlledici qarşılaşmada Koreya Respublikasının təmsilçisi Çanqrim Ana uduzaraq gümüş medala layiq görülüb.
Qeyd edək ki, daha əvvəl komandamızın üzvü Gültac Məmmədəliyeva 52 kiloqram çəki dərəcəsində bürünc medala sahib olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin