Poçettino Messini əvəzləməsinin səbəbini açıqladı
Fransanın PSJ komandasının baş məşqçisi Maurisio Poçettino Liqa 1-in 6-cı turunun “Lion”la matçında (2:1) Lionel Messini əvəzləməsinin səbəbini açıqlayıb.
Komanda.az xəbər verir ki, argentinalı mütəxəssis, həmyerlisini zədədən qorumaq üçün belə addım atdığını deyib:
“Messinin zədələnməsindən narahat idim. Qarşıda vacib oyunlar var və onu qorumalıyıq”.
“Lion”la matçın 76-cı dəqiqəsində Əşrəf Hakimi ilə əvəzlənən Messi oyundan çıxanda Poçettinonun əlini sıxmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin