“Beşiktaş” 3 xalı 7 qolla qazandı

Türkiyə Super Liqasında 27-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun oyunları 4 günü əhatə edəcək. Açılış oyununda “Trabzonspor” “Antalyaspor”la qarşılaşıb. Beş qolun qeydə alındığı matçda meydan sahibləri darmadağına seviniblər.

Şənbə günü “Alanyaspor” “Bursaspor”la ev oyunundan minimal hesabla qalib ayrılıb. “Sivasspor” doğma meydanda “Kayserispor”a uduzub. “Qalatasaray” isə “Yeni Malatyaspor”u 3 cavabsız qolla məğlub edib.

Bazar günü daha dörd görüş baş tutub. “Kasımpaşa” “Ərzurumspor”u məğlub yola salıb. “Göztəpə” evdə “Akhisarspor”a minimal hesabla uduzub. Səfərdə “Ankaragücü” ilə qarşılaşan “Fənərbaxça” xal itkisi ilə üzləşib.
Turnir cədvəlinin vahid lideri “Başakşəhər” isə “Konyaspor”la ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Son oyun günündə isə “Beşiktaş” “Rizəspor” səfərinə yollanıb. Bütövlükdə 9 qolun qeydə alındığı bu matçda İstanbul təmsilçisi darmadağına imza atıb.

Türkiyə Super Liqası, 27-ci tur

5 aprel

Trabzonspor – Antalyaspor 4:1
Qol
: Nvakaeme, 21. Ekuban, 58. O.Şahan, 67. M.C.Akpınar, 90 – Doukara, 9.

6 aprel

Alanyaspor – Bursaspor 1:0
Qol
: Sisse, 72.

Sivasspor – Kayserispor 1:3
Qol
: E.Yeşilyurt, 84 – Çeri, 30; 33. H.H.Acar, 45.

Qalatasaray – Yeni Malatyaspor 3:0
Qol
: Diane, 45-pen; 89-pen. E.Akbaba, 50.

7 aprel

Kasımpaşa – Ərzurumspor 2:1
Qol
: Koyta, 29; 76 – Eduok, 61.

Ankaragücü – Fənərbaxça 1:1
Qol
: Boyd, 42 – H.A.Kaldırım, 67.

Göztəpə – Akhisarspor 0:1
Qol
: Barbosa, 88.

Başakşəhər – Konyaspor 2:0
Qol
: Mossoro, 50. Vişça, 69.

8 aprel

Rizəspor – Beşiktaş 2:7
Qol
: Muriqi, 42. Aberhun, 70 – Vida, 8. Lyayiç, 14; 78. B.Yılmaz, 64; G.Yalçın, 72; 82; 90.

Bombardir: Mbaye Diane (Qalatasaray) – 26 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button