Tokio-2020: Azərbaycan ilk “gümüş”ünü qazandı

Azərbaycanın paratleti Lamiyə Vəliyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında gümüş medal qazanıb.

Komanda.az xəbər verir ki, o, 100 metr məsafəyə qaçışda ikinci olub.

Vəliyeva məsafəni 11,99 saniyəyə qət edib. Bu, Azərbaycanın paralimpiadada qazandığı ilk gümüş medaldır.

Digər paratlet Yuliya Yanovskay 12,30 saniyə ilə 4-cü, Yelena Taranova isə 12,41 saniyə ilə 7-ci yeri tutub.

Azərbaycan komandası indiyədək 10 qızıl, 1 gümüş və 4 bürünc medal əldə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button