“Çelsi”nin futbolçusunda koronavirus aşkarlandı – derbini buraxacaq
İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Kristian Pulişiçdə koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə “zadəganlar”ın mətbuat xidməti məlumat yayıb.
COVİD-19 testi pozitiv çıxan ABŞ yığmasının üzvü karantinə alınıb. O, bu üzdən Premyer Liqanın 2-ci turu çərçivəsində keçiriləcək “Arsenal”la London derbisində iştirak edə bilməyəcək.
Qeyd edək ki, “Arsenal” – “Çelsi” matçı avqustun 22-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin