Polşa klubunun futbolçusu Azərbaycan millisinə çağırıldı
Polşanın “Visla” klubunda çıxış edən Anton Krivotsyuk Azərbaycan millisinə dəvət alıb.
Komanda.az xəbər verir ki, bu barədə Plotsk təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçi millinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Lüksemburq, Portuqaliya və İrlandiyaya qarşı keçirəcəyi oyunlar üçün heyətə çağırılıb.
Azərbaycan yığması sentyabrın 1-də Lüksemburq, 4-də İrlandiya, 7-də isə Portuqaliya ilə qarşılaşacaq. Hər üç oyun səfərdə olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin