“Bavariya” rəsmisi Messidən danışdı: “Təəssüf ki…”
“Bavariya” klubunun idman direktoru Hasan Salihamiciç “Barselona”dan ayrılan Lionel Messi ilə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, klub rəsmisi, Messi ilə heç vaxt danışıqlar aparmadıqlarını deyib:
“Təəssüf ki, Messi ilə müqavilə imzalaya bilmərik. Onunla heç vaxt danışığımız olmayıb. Yayılan xəbərlərin reallıqla əlaqəsi yoxdur”.
Messinin yaxın zamanda PSJ ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin