Azərbaycan təmsilçisi Tokio-2020-də medal qazanmaq şansını itirdi

Azərbaycan karateçisi Firdovsi Fərzəliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Komanda.az xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən idmançı A qrupunda türkiyəli Eray Şamdan, yaponiyalı Naoto Saqoya, qazaxıstanlı Darxan Assadılov və misirli Əli Elsavi ilə qarşılaşıb. 4 döyüşdən 3-nü uduzan Firdovsi Tokio-2020-də medal qazanmaq şansını itirib.

Azərbaycan təmsilçisi rəqiblərindən yalnız Yaponiya təmsilçisi Naotonu məğlub etməyi bacarıb.

A və B qruplarında ilk iki yeri tutan karateçilər yarımfinala yüksəlməklə yanaşı, ən azı bürünc medalı təmin edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button