Əvvəlcə Qurbanov, sonra Ran Ben Şimon

UEFA Avropa Konfrans Liqasının 2-ci mərhələsinin “Qarabağ” – “Aşdod” (İsrail) matçından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

Komanda.az xəbər verir ki, konfranslar sabah təşkil olunacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Əvvəlcə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov media nümayəndələri ilə görüşəcək. Konfrans saat 18:00-da başlayacaq. “Aşdod”un baş məşqçisi Ran Ben Şimonun konfransı isə 19:30-da olacaq.

İyulun 22-də keçiriləcək “Qarabağ” – “Aşdod” matçı saat 20:00-da start götürəcək. Komandalar arasındakı cavab matçı iyulun 29-da, İsraildə olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button