“Keşlə”nin rəqibi “Rubin”i məğlub etdi
“Keşlə”nin Konfrans Liqasında rəqibi olan “Soçi” (Rusiya) “Parimatç” turnirində son oyununu keçirib.
Komanda.az xəbər verir ki, “Soçi” “Rubin”lə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.
“Soçi”nin qollarını Danila Proxin, Maksim Barsov və İvelin Popov vurub.
“Keşlə” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Soçi” ilə üz-üzə gələcək. Bakı komandası ilk oyununu iyulun 22-də səfərdə keçirəcək. Cavab matçı isə bir həftə sonra Bakıda olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin