AÇ-2020: 240 mindən çox fransalı İsveçrə ilə oyunun təkrar keçirilməsini istəyir FOTO

Fransalı 240 mindən çox azarkeş AÇ-2020-nin 1/8 final mərhələsi çərçivəsində baş tutan Fransa – İsveçrə matçının təkrar keçirilməsi üçün petisiya imzalayıb.

Komanda.az xəbər verir ki, fanatlar, qarşılaşmanın penaltilər seriyasında uğursuz olan Kilian Mbappenin həmin zərbəni vurduğu anda qapıçı Yan Zommerin qaydaları pozduğunu iddia edir. Belə ki, onların fikrinə görə, Zommerin hər iki ayağı qapı xəttində olmayıb. UEFA-nın qaydalarına görə isə penalti zamanı qapıçıların ən azı bir ayağı xətdə olmalıdır.

Fransa – İsveçrə matçının videogörüntülərinə nəzər saldıqda, Zommerin qaydalar çərçivəsində hərəkət etdiyi və fransalı fanatların istəklərinin əsassız olduğu görünür.

Əsas vaxtı 3:3 hesabıyla bitən Fransa – İsveçrə matçının penaltilər seriyasında isveçrəlilər daha dəqiq olub – 5:4. Fransa yığmasında Kilian Mbappe penaltini yerinə yetirə bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button