“Real” “Yuventus”lu üçün danışıqlara başladı

“Yuventus”un futbolçusu Miralem Pyaniç karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçiylə “Real” yaxından maraqlanır. Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb. Xəbərdə, “Real”ın icraçı direktoru Xose Anxel Sançesin futbolçunun meneceri Fali Ramadani ilə görüşdüyü bildirilib. Sançes Ramadani ilə Pyaniçin “kral klubu”na mümkün transferiylə bağlı danışıqlar aparıb.

Ramadani həm də, “Ayntraxt”ın forvardı Luka Yoviçin meneceridir.

Pyaniçin “Yuventus”la 2023-cü ilə qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button