İngiltərə millisinin baş məşqçisinə yeni müqavilə təklif olunacaq

İngiltərə milli komandasında baş məşqçi Qaret Sautqeytə yeni müqavilə təklif olunacaq.

Komanda.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının (FA) icraçı direktoru Mark Bullinqem “The Times” nəşrinə açıqlamasında deyib:

“Sautqeytlə müqaviləni yeniləmək istəyirik. Möhtəşəm iş görür və bizim ona etimad etdiyimizi bilir. AÇ-2020-dən sonra onunla danışıqlara başlayacağıq”.

Sautqeyt 2016-cı ildən İngiltərə yığmasını çalışdırır. Onun hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir.

İngiltərə milli komandası AÇ-2020-nin 1/8 final mərhələsində Almaniya ilə qarşılaşacaq. Oyun iyunun 29-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button