“İnter”lə “Roma” doğma meydanda uduzdu
İtaliya A Seriyasında 29-cu tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Autsayder “Kyevo” “Kalyari” ilə üz-üzə gəlib. Meydan sahibləri bu oyunda darmadağına üzülüblər.
Bu turda lider “Yuventus” “Empoli” ilə, “Milan” isə “Sampdoriya” ilə qarşılaşıb. Turin klubu doğma meydanda minimal hesabla qalib gəlib. Milanlılar isə səfərdə oxşar hesabla məğlub olublar.
29-cu turun maraqla gözlənilən qarşılaşması Milan şəhərində keçirilib. “İnter” öz meydanında “Latsio”nu qəbul edib və minimal hesabla məğlub olub.
Turun mərkəzi görüşü Romada keçirilib. Turnir cədvəlində ikinci sırada qərarlaşan “Napoli” “Roma” səfərinə yollanıb. Beş qolun qeydə alındığı qarşılaşmada Neapol təmsilçisi darmadağına sevinib.
İtaliya A Seriyası, 29-cu tur
29 mart
Kyevo – Kalyari 0:3
Qol: Pizakane, 16. Pedro, 33. İonita, 43.
30 mart
Udineze – Cenoa 2:0
Qol: Okaka, 4. Mandraqa, 61.
Yuventus – Empoli 1:0
Qol: M.Ken, 72.
Sampdoriya – Milan 1:0
Qol: Defrel, 1.
31 mart
Parma – Atalanta 1:3
Qol: Jervinyo, 8 – Paşaliç, 24. Sapata, 75; 90.
Roma – Napoli 1:4
Qol: Perotti, 45-pen – Milik, 2. Mertens, 50. Verdi, 54. Yunes, 81.
Fiorentina – Torino 1:1
Qol: Simeone, 7 – Bazelli, 34.
Frozinone – SPAL 0:1
Qol: Vikari, 13.
Bolonya – Sassuolo 2:1
Qol: Pulqar, 58-pen. Destro, 90 – Boqa, 90.
İnter – Latsio 0:1
Qol: Milinkoviç-Saviç, 13.
Bombardir: Fabio Kvalyarella (Sampdoriya) – 21 qol.
Bizi Facebook-da izləyin