AÇ-2020: “Heç kimdən qorxmuruq, çəkinmirik”
İtaliya milli komandasının futbolçusu Lorenso İnsinye açıqlama verib.
Komanda.az xəbər verir ki, İtaliya mətbuatına danışan İnsinye, yığmanın baş məşqçisi Roberto Mançini haqda fikirlərini bildirib:
“Məni dünya və Avropa çempionatına aparan Çezare Prandelli və Antonio Konteyə hər zaman minnətdar olacam, ancaq Mançini ilə daha çox şans qazanmışam. Onun futbolu mənim oyun üslubum üçün mükəmməldir. İlk dəfə belə yüksək səviyyəli rəqabət yaşamışam. Bundan qürur duyuram.
Millidə 10 nömrəli formanı geyinmək böyük məsuliyyətdir. Mançini möhtəşəm futbolçu olub və bizə çox şey öyrədir, kömək olur. Komandamızın yüksək keyfiyyəti var. Heç kimdən qorxmuruq, çəkinmirik. Biz öz gücümüzü bilirik”.
İtaliya yığması AÇ-2020-nin 1/8 finalına vəsiqə qazanıb və bu mərhələdə Avstriya millisi ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin