İtaliya – Uels matçının ən yaxşısı
AÇ-2020-nin A qrupu çərçivəsində keçirilən İtaliya – Uels matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, İtaliya yığmasının yarımmüdafiəçisi Federiko Kyeza bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında pay sahiblərindən biri olub.
Qeyd edək ki, İtaliya – Uels matçı 1:0 hesabıyla başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin