Əliyev üçün yeni baş məşqçi
Azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” klubunun yeni baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, Rusiya təmsilçisinin “sükan”ı Vadim Evseyevə tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 43 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
“Ufa”da bir neçə gün əvvəl baş məşqçi Dmitri Kiriçenkonun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilmişdi.
Azər Əliyev 2018-ci ilin avqustundan “Ufa”da forma geyinir. Onun komandası Rusiya Premyer Liqasında 20 turdan sonra 16 xalla 15-ci pillədə yer alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin