“Özümü 36 yaşlı biri kimi hiss etmirəm” – Kvalyarella

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Lixtenşteynə 6:0 hesabı ilə qalib gələn İtaliya millisinin forvardı Fabio Kvalyarella açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, matçda iki qolun müəllifi olan 36 yaşlı futbolçu, öz oyunundan razı qaldığını deyib:

“İki qol vurduğum möhtəşəm gecə oldu. İkinci hissədə het-trik etməyimi istəyən hər kəsə minnətdaram. Hər kəs mənə kömək etmək istəyirdi və bu, möhtəşəmdir. Azarkeşlərə də təşəkkür edirəm, şüarlarını, dəstəklərini hər zaman xatırlayacam. Həyatımın heç bir mərhələsində uzun müddət millidə oynamamışam və komandaya qayıtmağım möhtəşəm bir hissdir.

Özümü 36 yaşlı biri kimi hiss etmirəm. Fiziki cəhətdən yaxşıyam və bundan məmnunam”.

Kvalyarella İtaliya futbolu tarixində milli komandada qol vurmağı bacaran ən yaşlı futbolçu ünvanını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button