Şəhriyar Məmmədyarov Buxarestdə hamıdan güclü oldu
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan “Superbet Chess Classic” turnirinin qalibi olub.
Komanda.az xəbər verir ki, 36 yaşlı qrossmeyster son turda fransalı Maksim Vaşye-Laqravla heç-heçə edib. Xallarının sayını 6-a çatdıran Məmmədyarov bütün rəqibləri üçün əlçatmaz olub.
Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov isə sonuncu turda Ermənistan şahmatçısı Levon Aronyanla “sülh”ə razılaşıb. Nəticədə Rəcəbov turniri 4,5 xalla başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin