“Türkiyəyə qarşı ən yaxşı oyunlarımızdan birini keçirməliyik”

Futbol üzrə İtaliya millisinin baş məşqçisi Roberto Mançini AÇ-2020-nin qrup mərhələsi çərçivəsində Türkiyə yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bir il geciksə də, turnirin başlaması hamımızı sevindirir. Yaxşı heyətə malik təhlükəli komanda ilə oynayacağıq. Məncə, möhtəşəm qarşılaşma olacaq. Əsas məqsədimiz yaxşı oyun göstərmək və futboldan həzz almaqdır. Yaxşı kollektiv olduğumuzu bilirik. Bununla belə, rəqiblərə də hörmətlə yanaşırıq. Meydana öz oyunumuzu göstərmək üçün çıxmalıyıq.

Böyük turnirlərdə ilk görüşlər hər zaman çətin keçir. Türkiyə ilə görüşün də belə olacağını düşünürəm. Rəqibimiz güclü komandadır və onlara böyük hörmətim var. Bu kollektivi məğlub etmək istəyiriksə, ən yaxşı oyunlarımızdan birini keçirməliyik.

Türkiyə yığmasında Burak Yılmazı xüsusi qeyd edərdim. Onu çox sevirəm. Ümid edirəm ki, sabah bizə qol vurmayacaq. Türkiyəli azarkeşlərə böyük məhəbbətim var. Amma qarşıdakı oyun üçün üzgünəm. 90 dəqiqə ərzində qələbə qazanmağa çalışacağıq. İnanıram ki, Türkiyə ilə finalda da qarşılaşacağıq”.

Qeyd edək ki, Romadakı “Olimpiko” stadionunda keçiriləcək İtaliya – Türkiyə oyununa Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button