İngiltərə futbolunda qadın rəhbər – ilk dəfə
İngiltərə Futbol Assosiasiyasına (FA) 157 illik tarixi ərzində ilk dəfə qadın rəhbərlik edəcək.
Komanda.az xəbər verir ki, Debbi Hyuitt 2022-ci ildən FA-ya rəhbərlik edəcək. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
“Royal Automobile Club” şirkətinin keçmiş icraçı direktoru Debbi “Liverpul” klubunun azarkeşidir.
FA-nın keçmiş rəhbəri Greq Klark 2020-ci ilin noyabrında irqçi qarşudurmaya görə vəzifəsindən ayrılıb. Hazırda Piter Makkormik FA-da sədr vəzifəsini icra edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin