Jirunun iddiası

Fransa milli komandasının hücumçusu Olivye Jiru AÇ-2020 ilə bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, TMW-yə danışan Jiru, yığmanın bombardiri olmaq istədiyini deyib:

“Özümü çox yaxşı hiss edirəm və ümumi komanda ilə məşq edirəm. Milli komandanın bombardiri ola bilərəm. Çalışqan və iddialıyam. Hədəflərimə çatmaq üçün hər şey edəcəm”.

2011-ci ildə Fransa yığmasında debüt edən Jiru millidə 107 oyunda 44 qol vurub.

Fransa yığması tarixinin bombardiri 51 qolla keçmiş hücumçu Tyerri Anridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button