İtaliya yığmasının AÇ-2020 üçün yekun heyəti SİYAHI
Futbol üzrə İtaliya milli komandasının AÇ-2020 üçün yekun heyəti açıqlanıb.
Komanda.az yerli federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, millinin baş məşqçisi Roberto Mançini 26 futbolçuya dəvət göndərib. İtaliya yığmasına 3 qapıçı, 9 müdafiəçi, 7 yarımmüdafiəçi, 7 hücumçu çağırılıb.
Qapıçılar: Canluici Donnarumma (klubsuz), Aleks Meret (“Napoli”), Salvator Siriqu (“Torino”);
Müdafiəçilər: Françesko Açerbi (“Latsio”) Alessandro Bastoni (“İnter”), Leonardo Bonuççi, Corco Kyellini (hər ikisi “Yuventus”), Covanni Di Lorentso (“Napoli”), Emerson Palmeri (“Çelsi”, İngiltərə), Alessandro Florenzi (PSJ, Fransa), Leonardo Spinatsola (“Roma”), Rafael Toloy (“Atalanta”);
Yarımmüdafiəçilər: Nikolo Barella, Stefano Sensi (hər ikisi “İnter”), Lorentso Pelleqrini, Brian Kristante (hər ikisi “Roma”), Jorjinyo (“Çelsi”), Manuel Lokatelli (“Sassuolo”), Marko Verratti (PSJ);
Hücumçular: Andrea Belotti (“Torino”), Domeniko Berardi, Cakomo Raspadori (hər ikisi “Sassuolo”), Federiko Bernardeski, Federiko Kyeza (hər ikisi “Yuventus”), Çiro İmmobile (“Latsio”), Lorentso İnsinye (“Napoli”).
AÇ-2020 bu il 11 iyun – 11 iyul aralığında keçiriləcək. AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var.
İtaliya millisi AÇ-2020-də Türkiyə, Uels və İsveçrə ilə birgə A qrupunda mübarizə aparacaq. Sözügedən qrupun Uels – İsveçrə, Türkiyə – Uels və İsveçrə – Türkiyə oyunları Bakı Olimpiya Stadionunda keçiriləcək. Təqvimə əsasən, Bakı 1/4 final mərhələsinin də bir oyununa ev sahibliyi edəcək.
Bizi Facebook-da izləyin