Türkiyə yığmasının iki futbolçusu Azərbaycanla oyunda sıradan çıxdı
Futbol üzrə Türkiyə millisi Azərbaycan yığmasına qarşı keçirilən yoldaşlıq matçında iki itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, qapıçısı Altay Bayındır və yarımmüdafiəçi Halil Akbunar sıradan çıxıb.
Altay oyunun 72-ci dəqiqəsində zədələnib. “Fənərbaxça”nın formasını geyinən 23 yaşlı qolkiper, millimizin hücumçusu Əli Qurbani ilə mübarizə zamanı ayağından xəsarət alıb və meydanı tərk edib.
Bundan təxminən 10 dəqiqə sonra, 81-ci dəqiqədə müdafiəçi Təmkin Xəlilzadə Halil Akbunara qarşı kobud oynayıb. Ayağından ağır zədə alan “Göztəpə”nin vingeri, meydanı xərəkdə tərk edib.
Qeyd edək ki, Türkiyə yığması bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıb. Altay Bayındır millimizlə oyunda Türkiyə yığmasının heyətində debüt edib. Onunla yanaşı, komandasının ilk qolunu vuran Halil Dervişoğlu da yığmada debüt maçtına çıxıb. 21 yaşlı futbolçu millidəki ilk matçını qolla qeyd edib. Baş məşqçi Şenol Günəş Azərbaycanla oyunda Rıdvan Yılmazla Kerem Aktürkoğluna da debüt şansı yaradıb.
Bizi Facebook-da izləyin