“Betis” 39 yaşlı futbolçu ilə yeni müqavilə imzaladı
İspaniyanın “Betis” klubu futbolçusu Xoakin Sançesin müqaviləsini yeniləyib.
Komanda.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi ilə müddəti 2022-ci ilin yayına qədər olan sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xoakin 2015-ci ildən “Betis”də çıxış edir. İspan futbolçu bu mövsüm La Liqada 27 oyunda 2 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin