Mançini ilə yeni müqavilə imzalandı
Futbol üzrə İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini ilə yeni müqavilə imzalanıb.
Komanda.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Mançini ilə müddəti 2026-cı ilin yayına qədər olan sözləşmə imzalanıb.
Mançini 2018-ci ilin mayından İtaliya milli komandasında baş məşqçilik edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin