PSJ-nin finaldakı rəqibi bilindi
Futbol üzrə Fransa kubokunda ikinci finalçı da məlum olub.
Komanda.az xəbər verir ki, ikinci yarımfinal görüşü “Ryumi-Valyer”lə “Monako” arasında baş tutub.
Rəqibini 5:1 hesabıyla məğlub edən “Monako” finala yüksəlib.
Xatırladaq ki, daha öncə “Monpelye”ni mübarizədən kənarlaşdıran PSJ həlledici oyuna vəsiqə qazanmışdı.
Beləliklə, finalda PSJ ilə “Monako” üz-üzə gələcək. Həlledici oyun mayın 19-da baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin