İsrafilovlu “Albasete” doğma meydanda uduzdu
Futbol üzrə İspaniya 2-ci liqasında 37-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Alkorkon”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib. Millimizin üzvü 68-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Albasete” 37 oyuna topladığı 33 xalla 22 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin