“Titul qazanmaq üçün bacardığımı edəcəm”
“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində “Zirə”yə qarşı keçirdikləri cavab oyununu (3:2, ilk oyun 1:2) şərh edib.
Komanda.az xəbər verir ki, o, qarşılaşmadan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Evdə məğlub olduq. Amma o matç bizə yaxşı təsir etdi. Çatışmazlıqları gördük və bu gün meydanda xarakter nümayiş etdirdik. İnamı itirmədik. Stressli matç oldu, üstün tərəf biz idik. Layiqli qələbə qazandıq. Qələbədə əsas pay sahibi isə futbolçulardır.
Final bir oyundan ibarətdir. “Sumqayıt” öz gücünü göstərib. Asan final olmur. “Qarabağ” da yaxşı komandadır. Amma “Sumqayıt” qələbə qazanıbsa, deməli, layiqdir. Zaur Axundovun dəstəyini hər zaman hiss edirik. Əlbəttə mükafat olacaq. Amma mətbuatda yazılanlardan xəbərim yoxdur. “Keşlə” çempionatda istədiyinə nail olmayıb. Klub prezidenti də titul istəyir. Mən də bunun üçün bacardığımı edəcəyəm”.
Bizi Facebook-da izləyin