“Milan” iki futbolçusunu cəzalandıracaq

“Milan” futbolçuları Frank Kessye və Lukas Biqliyanı cəzalandıracaq.

Komanda.az xəbər verir ki, “Milan” A Seriyasının sonuncu turunda “İnter”lə qarşılaşdığı matçda (2:3) mübahisə edən hər iki yarımmüdafiəçisini cərimələyəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Milan” – “İnter” matçının 69-cu dəqiqəsində əvəzlənən Kessye, texniki zonaya getdikdən sonra Biqliya ilə mübahisə edib. Komanda yoldaşlarının müdaxiləsindən sonra sakitləşən tərəflər, oyundan sonra ictimaiyyət qarşısında da üzr istəyiblər. Futbolçularının bu davranışından narazı qalan baş məşqçi Cennaro Qattuzonun xüsusilə, Kessyeyə sərt cəza tətbiq edəcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button