“Qalib olmaq üçün hər şeyə sahibik” – PSJ-nin prezidenti
Fransanın PSJ klubunun prezidenti Nasser Əl Xələfi Çempionlar Liqasının 1/4 final mərhələsinin Almaniya “Bavariya”sına qarşı keçirdikləri cavab oyunundan (0:1) sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Əl-Xələfi, turniri qazanmaq istədiklərini deyib:
“Məqsədimiz sona qədər getmək və finala yüksəlib, turniri qazanmaqdır. “Bavariya” ilə matçda komandam möhtəşəm idi. 3-4 qol vura bilərdik, amma əsas olan nəticədir. Komandamla qürur duyuram.
Bu mövsüm “Barselona” və “Bavariya”nı Çempionlar Liqasından kənarlaşdırdıq. Turniri qazanmaq üçün kluba çox sərmayə qoymuşam. Qalib olmaq üçün hər şeyə sahibik”.
PSJ “Bavariya”nı iki oyunun (ilk oyun 3:2, cavab matçı 0:1) nəticəsinə görə mübarizədən kənarlaşdırıb. Paris təmsilçisinin yarımfinal mərhələsindəki rəqibi “Mançester Siti” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) cütünün qalibi olacaq.
Bizi Facebook-da izləyin