PSJ “Liverpul”un hücumçusu ilə danışıqlara başladı

“Liverpul”un futbolçusu Məhəmməd Salah karyerasını Fransada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, misirli hücumçu PSJ klubunun maraq dairəsinə düşüb. Bu barədə Fransa mətbuatı məlumat yayıb. Xəbərdə, Paris klubunun rəhbərliyinin Salahın nümayəndələri ilə ilkin danışıqlar apardığı bildirilib.

Salahın “Liverpul”la müqaviləsi 2023-cü ilin yayına qədərdir. 28 yaşlı hücumçunun mövsümün sonunda “Liverpul”dan ayrılacağı iddia olunur.

Salah bu mövsüm Mersisayd təmsilçisi ilə 43 oyunda 28 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button