“Ona görə taktiki planda dəyişikliklər etdik”
Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio da Silva Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiya yığmasına qarşı keçirilmiş oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan qarşılaşmadan sonra bunları söyləyib:
“Bura gələndə bilirdik ki, oyun çətin keçəcək. Çünki rəqibimiz ancaq qələbə qazanmaq üçün mübarizə aparacaqdı. Bizim isə 4 əsas oyunçumuz bu görüşdə iştirak etmirdi. Ramiz Çovdarovun da yüngül zədəsi var idi. Ona görə də, taktiki planda dəyişikliklər etdik, müdafiədə oynadıq. Meydandakı nizam-intizam da çox vacib idi. Fikrimcə, yaxşı nəticə qazandıq. Bunun üçün də yaxşı hazırlaşmışdıq. Uşaqlar ancaq qələbə qazanmaq üçün mübarizə aparırdılar. Demək olar, tapşırıqlarımı yerinə yetirdilər. Qazandığımız 1 xal sayəsində birinci pilləni təmin etdik”.
Bizi Facebook-da izləyin