İrlandlar UEFA-ya zəmənat verə bilmədi – ev sahibliyi alına bilər
İrlandiya AÇ-2020-yə ev sahibliyi hüququnu itirə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. İrlandiya Futbol Assosiasiyası Dublində keçirilməli olan oyunlarda azarkeşlərin iştirakını təmin etməklə bağlı UEFA-ya zəmanət verə bilməyib. UEFA Dublinlə bağlı son qərarı aprelin 19-da verəcək.
2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun-11 iyula təxirə salınıb. AÇ-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin