Fransa klubunda yeni müqavilə
Fransanın “Lion” klubu braziliyalı müdafiəçisi Marselo Qedeslə müqavilənin müddətini artırıb.
Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Yeni müqaviləyə əsasən 33 yaşlı futbolçu 2023-cü ilin yayına qədər “Lion”un uğurları üçün çalışmağa davam edəcək. Bundan öncəki anlaşmanın müddəti bu mövsümün sonunda bitəcəkdi.
2016-2017-ci illərdə oynadığı Türkiyənin “Beşiktaş” klubundan Lion təmsilçisinə transfer olunan Marselo, cari mövsümdə 28 oyuna çıxıb, 2 qol vurub. Braziliyalı futbolçu daha öncə “Santos”, “Visla”, PSV və “Hannover”də də forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin