“Real” artıq mənim üçün keçmişin bir səhifəsidir” – Kasilyas
“Real”ın sabiq qapıçısı, hazırda “Portu”da çıxış edən İker Kasilyas açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı qolkiper, yenidən La Liqada oynamaq istədiyini deyib:
“Əvvəllər La Liqada oynadığım üçün xoşbəxtəm. İndi başqa bir çempionat haqqında danışmağım məni kədərləndirir. La Liqaya qayıtmaq istəyərdim, amma “Real” artıq mənim üçün keçmişin bir səhifəsidir”.
İspan qapıçı 1999-2015-ci illərdə “kral klubu”nun şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin