Norveç və Almaniya millisindən etiraz – insan hüquqlarına görə FOTO

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına hazırlıq işlərində bu günə qədər minlərlə işçi təhlükəsizlik qaydalarına əməl edilmədiyi üçün vəfat edib.

Komanda.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb. Futbol üzrə Norveç və Almaniya yığmaları insan hüquqlarının qorunmamasına görə öz etirazlarını bildiriblər. Hər iki yığmanın üzvləri DÇ-2022-nin seçmə mərhələsinin ilk turunun oyunlarına xüsusi köynəklərlə çıxıblar.

Norveç yığması Cəbəllütariqlə oyuna (3:0) “İnsan hüquqları. Meydançada və kənarda”, Almaniya millisi isə İslandiya ilə matça (3:0) “Human Rights” (İnsan Hüquqları) yazısı ilə çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button