MY ona yeni müqavilə təklif edəcək
“Mançester Yunayted” klubu futbolçusu Luk Şou ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Ole-Qunnar Sulşerin planlarında yer alan Şouya uzunmüddətli sözləşmə təklif ediləcək. Bu barədə “The Mirror” nəşri məlumat yayıb.
Bu mövsüm “Mançester Yunayted”lə 35 oyunda 1 qol vurub, 6 məhsuldar ötürmə edən Şounun indiki müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin