PSJ-də Neymar sevinci
Fransanın PSJ klubunun zədəli futbolçusu Neymar tam sağalıb.
Komanda.az xəbər verir ki, braziliyalı hücumçu Liqa 1-in 30-cu turunun “Lion”la səfər matçında iştirak edə bilər. Bu barədə komandanın baş məşqçisi Maurisio Poçettino klubun mətbuat xidmətinə açıqlamasında deyib. O, Neymarın “Lion”la oyunun heyətində olacağını bildirib.
Neymar fevraldan zədəli idi və Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” (İspaniya) ilə matçlarında iştirak etməmişdi. PSJ “Barselona”nı iki oyunun nəticəsinə görə məğlub edib (4:1, 1:1) və 1/4 finala yüksəlib. Parislilər bu mərhələdə Almaniya “Bavariya”sı ilə qarşılaşacaq.
Bu gün keçiriləcək “Lion” – PSJ matçı saat 00:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin